05 fevral 2024 15:43
328

Benzema: Messini tənqid edənlər futbol haqqında heç nə bilmirlər

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema "İnter Mayami" və Argentina millisinin ulduz futbolçusu Lionel Messini tənqid edən insanlar haqqında fikirlərini bildirib .

“İki sahil” xəbər verir ki, hücumçu bu barədə danışarkən deyib: "Lionel Messini tənqid edən hər kəs futbol haqqında heç nə bilmir".

Qeyd edək ki, Lionel Messi ötən gün Honq-Konqda azarkeşlər tərəfindən tənqid edilib. Buna səbəb onun azarkeşlərlə şəkil çəkdirmək istəməməsi olub. Fanatlar Messinin davranışını narazılıqla qarşılayıblar.