"Yuventus"un A seriyasında 17 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
“İki sahil” xəbər verir ki, Turin klubu İtaliya A seriyasının 23-cü turunda "İnter"ə məğlub olub - 0:1."Qoca sinyora" sonuncu dəfə 2023-cü ilin sentyabrında "Sassuolo"ya uduzmuşdu - 2:4.
Qeyd edək ki, "İnter" çempionatda 57 xalla liderdir. "Yuventus" isə 53 xalla ikinci pillədə qərarlaşıb.