05 fevral 2024 14:58
295

"Arsenal" 3 illik müqavilə imzalamağa hazırlaşır

"Arsenal" futbolçusu Takehiro Tomiyasu ilə müqaviləsini uzatmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London təmsilçisi 25 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Tərəflər arasında yeni sözləşmə 3 illik olacaq. Hazırkı müqavilə isə 2025-ci ilin yayına qədərdir.

Yaxında klubun yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir. 

Qeyd edək ki, yaponiyalı futbolçu bu mövsüm "Arsenal"ın heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.