Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt” “Neftçi”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyunun 8-ci dəqiqəsində hesabı açan Kasimir Ninqa 37-ci dəqiqədə özünün və “Sumqayıt”ın ikinci qolunu vurub.
Filip Ozobiç 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək “Neftçi”nin təsəlli qolunu vurub.
Misli Premyer Liqası,
21-ci tur
4 fevral (bazar)
15:00. “Sumqayıt” 2–1 “Neftçi”
Qollar: Kasimir Ninqa, 8 (1-0), 37 (2-0), Filip Ozobiç, 90+7-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu