04 fevral 2024 15:15
375

"Bavariya"da 500 oyun keçirən ilk futbolçu oldu

Tomas Müller "Bavariya"nın tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, almaniyalı hücumçu Bundesliqanın 20-ci turunda "Borussiya"nı (Münhenqladbax) məğlub etdikləri oyunda (3:1) buna nail olub. 

34 yaşlı futbolçu "Bavariya"nın Bundesliqaya yüksəldikdən sonra bu klubun heyətində bütün yarışlarda 500 oyun keçirən ilk futbolçu olub.  Münhen təmsilçisi 1965-ci ildən əsas liqada çıxış edir.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2008-ci ildə əsas komandada çıxış edir.