Murad Musayev ilə vidalaşan "Sabah" rəhbərliyi baş məşqçi axtarışına çıxıb.
“İki sahil” Sport24.az-a istinadən xəbər verir ki, artıq boş qalan posta bir namizəd var.
Söhbət portuqaliyalı Pedru Suareş Qonsalveşdən gedir.
47 yaşlı mütəxəssis hazırda davam edən Afrika Millətlər Liqasının 1/8 final mərhələsində Namibiyanı 3:0 məğlub edən Anqola yığmasını çalışdırır.
Onun rəhbərliyi altında D qrupunu lider kimi tamamlayan milli bu gün növbəti mərhələdə Nigeriya ilə qarşılaşır.
Qeyd edək ki, Lissabonda dünyaya göz açan Qonsalveş məşqçi karyerası ərzində Anqolanın müxtəlif yaş qruplarına baş məşqçisi olandan sonra 2019-cu ildə əsas komandanın "sükanı arxasına" keçib. O, həmçinin "Sportinq"in gənclər komandasında da işləyib.