03 fevral 2024 18:49
392

"Mançester Yunayted"in sabiq futbolçusu karyerasını başa vurub

"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellayni karyerasını başa vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, 36 yaşlı futbolçunun son klubu Çinin "Şandunq"u olub. Fellayni əvvəllər “Mançester Yunayted”, “Everton” və “Standard”də çıxış edib. O, Belçika millisində 87 oyunda 18 qol vurub.

Futbolçu "Mançester Yunayted"lə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə Superkubokunu və Avropa Liqasını qazanıb .