03 fevral 2024 17:21
326

"Qarabağ" qələbə qazandı

Bu gün Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail" "Qarabağ"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən Toral Bayramov hesabı açıb. 59-cu dəqiqədə isə Yassin Benzia penaltini dəqiq yerinə yetirərək ağdamlıların üstünlüyünü 2 topa çatdırıb.

68-ci ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirərək fərqi azaltsa da “Səbail” futbolçularının bundan artığına gücü çatmayıb.

90+6-cı dəqiqədə T.Bayramovun fərqi artırmaq şansı olsa da bu dəfə penaltini dəqiq yerinə yetirə bilməyib.

Misli Premyer Liqası,

21-ci tur

3 fevral

15:00. “Səbail” 1–2 “Qarabağ”

Qollar: Toral Bayramov, 14-pen. (0:1), Yassin Benzia, 59-pen. (0:2), Pedro Nuno, 68-pen. (1:2)

Qırmızı vərəqə: Maksim Medvedev, 66 (2-ci sarı vərəqə,"Qarabağ")

Realllaşdırılmayan penalti: Toral Bayramov, 90+6 ("Qarabağ")

Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev

“ASCO Arena”