13 yanvar 2024 22:27
431

Filip Kostiç “Yuventus”u Səudiyyə Ərəbistanı klubuna dəyişir?

Səudiyyə Ərəbistanı klubları “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiçlə maraqlanır.

“İki sahil” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 31 yaşlı Kostiçin Səudiyyə Ərəbistanına transferi böyük ehtimalla bu ay reallaşacaq. 

Qeyd edək ki, 2022-ci ildən “Yuventus”da oynayan futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.