13 yanvar 2024 21:17
357

"Napoli" - "Salernitana" oyununda 3 qol

"Napoli" İtaliya A seriyasının 20-ci turunda autsayder "Salernitana"nı qəbul edib.

“İki sahil” xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Napoli" qələbə qolunu 90+6-cı dəqiqədə vurub.

"Napoli" - "Salernitana" - 2:1
Qollar: Kandreva, 29 (0:1), Politano, 45+4-pen (1:1), Rrrahmani, 90+6 (2:1)

"Napoli" 31 xalla (20 oyun) 6-cı pillədə qərarlaşıb. "Salernitana" 12 xalla (20 oyun) sonuncu-20-cidir. Turnir cədvəlinə 48 xalla (19 oyun) "İnter" başçılıq edir.