13 yanvar 2024 17:33
416

“Neftçi” Antalyadakı ikinci oyununda da məğlub olub

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan “Neftçi” növbəti yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, “ağ-qaralar” Almaniyanın III Liqa təmsilçisi “Valdhof”la qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.