12 yanvar 2024 19:14
426

"Turan Tovuz" braziliyalı hücumçu transfer edib

“Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib.

“İki sahil” Premyer Liqa təmsilçisindən verilən məlumata istinadən xəbər verir ki, hücumçu Aleks De Souza Alkantara ilə 2,5 illik müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib.