12 yanvar 2024 16:34
326

"Çelsi"nin müdafiəçisi "Borussiya"da

Dortmund "Borussiya"sı heyətinə yeni oyunçu cəlb edib.

“İki sahil” xəbər verir ki, Almaniya klubu "Çelsi"dən İan Maatseni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirəcək.

Qeyd edək ki, "Çelsi" İan Maatseni 2018-ci ilin yayında PSV-dən transfer edib. Niderland U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.