12 yanvar 2024 00:48
386

Ramil Şeydayevin maaşı...

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni transfer olunduğu “Kocaelispor”da qazanacağı məbləğ açıqlanıb.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı forvard bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq. 

Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Tailand “Buriram Yunayted”i olub.