11 yanvar 2024 17:07
355

Azərbaycan klubu ABŞ-dən daha bir basketbolçunu heyətinə qatıb

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandası heyətinə daha bir oyunçu qatıb.

Bu barədə “İki sahil”ə paytaxt təmsilçisindən məlumat verilib.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ABŞ-dən olan Leon Gilmore ilə güclənib. Basketbolçu artıq klubun düşərgəsindədir.

Qeyd edək ki, "Sərhədçi" bundan əvvəl Troy Dilan Kraknell və Kaleb Melikan Hanteri heyətə cəlb edilmişdi.