11 yanvar 2024 10:30
386

Azərbaycanda qış “transfer pəncərəsi” açılıb

Azərbaycanda qış “transfer pəncərəsi” açılıb.

“İki sahil” xəbər verir ki, klublar heyətlərinə cəlb etdikləri futbolçuları bu gündən etibarən qeydiyyatdan keçirə biləcəklər.

Qış “transfer pəncərəsi” fevralın 8-də, saat 23:59-da bağlanacaq. Komandaların yeni oyunçular almaq üçün 29 gün vaxtları olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünün yay “transfer pəncərəsi” 2023-cü ilin 15 iyun - 5 sentyabr aralığında olub.