10 yanvar 2024 08:30
305

“Kəpəz” klubu futbolçusunu I Liqa təmsilçisinə icarəyə verib

"Kəpəz" komandası futbolçusu Elnur Cəfərovu I Liqa təmsilçisi "İmişli"yə icarəyə verib.

Klubun mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Elnur Cəfərov yayda “Kəpəz”lə 1+1 illik razılıq əldə etmişdi.