09 yanvar 2024 09:05
435

Arda Güler Superkubok oyunu üçün iştirak ərizəsində

"Real"ın futbolçusu Arda Güler İspaniya Superkubokunun yarımfinalında "Atletiko" ilə oyun üçün iştirak ərizəsində yer alıb.

“İki sahil” xəbər verir ki, baş məşqçi Karlo Ançelotti şans versə, o, sözügedən matçda meydana çıxa biləcək. Madrid derbisi yanvarın 10-u, Səudiyyə Ərəbistanın "Al-Avval" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, digər yarımfinal oyununda "Barselona" və "Osasuna" ilə qarşılaşacaq. Final qarşılaşması isə yanvarın 14-ü olacaq.

Xatırladaq ki, A.Güler "Real"da yanvarın 7-i keçirilən İspaniya kubokunun 1/16 finalında "Arandina" ilə oyunda debüt etmişdi.