Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT World telekanalına müsahibə verib. H. Hacıyev müsahibə zamanı Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən söz edib.
“İki sahil” xəbər verir ki, o, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmədiyini bildirib.
H.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır:
"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Azərbaycan və Ermənistan arasında hələ də əlavə danışıqlara ehtiyac var".
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb