26 dekabr 2023 15:18
284

Yaşıl enerji dünyası müdrik siyasətimizin prioritet istiqamətlərindəndir

Məlum olduğu kimi 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Qarabağda və ətraf digər rayonlarımızda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən işğaldan  azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri zamanı, xüsusilə  ətraf mühitin qorunmasına da çox ciddi önəm verilmişdir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından  tanış olur və işğaldan azad olunan ərazilərdə yeni yaşıllıq zolaqlarının salınması haqqında göstərişlər verir, bu isə təbii ki Azərbaycanın hərtərəfli inkişafı naminə atılmış addımdır. 

Bəli, məhz Ağdamda keçrilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə 2023-cü ildə planda nəzərdə tutulan 100 hektar yaşıllıq zolaqlarının salınması başa çatdırılıb. Təkcə Füzulidə 15 hektar, Cəbrayıl rayonunda 43 hektar, Zəngilanda isə 40 hektar yaşıllıq zonası salınmışdır. Rəqəmlərin fərqli olması ərazilərin minalı olması ilə bağldır. Ərazilər ilk öncə minadan təmizlənir, daha sonra sertifikat alınır və həmin ərazilərdə yaşıllıq zolaqarının salınmasına başlanılır.  Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirmişdi.

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlarımız vardır ki, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün texniki imkanların qiymətləndirilməsi ayrı-ayrılıqda nəzərdən keçirilir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilmişdir. Burada ümumi potensial 4000 MVt-dan yüksək qiymətləndirilir. Həmçinin Azərbaycanda 25% yerli su ehtiyatlarının  Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri qiymətləndirilmişdir. Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.

Bütün bu izahatlardan məlum olduğu kimi “yaşıl enerji” zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Partiyamızın Sədri cənab İlham Əliyevin qətiyyətidir.Cənab Prezidentin müvafiq Sərəncamı ilə 2024-cü ilin məhz “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi xüsusilə Azərbaycanda ətraf mühitin, ekologiyanin təmizliyinə, inkişafına verilmiş böyük töhfədir.

Fərid Hacıbəyli,

YAP Yevlax rayon təşkilatının fəalı