24 dekabr 2023 22:33
301

İstanbul derbisi qolsuz başa çatdı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

“İki sahil” xəbər verir ki, 17-ci turda "Fənərbaxça" evdə "Qalatasaray"ı qəbul edib. Əzəli rəqiblərin oyunu qolsuz bərabərliklə başa çatıb.

Bu komadalar arasında iyunun 4-də oynanılan son görüşdə "Qalatasaray" "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gəlmişdi. 

"Fənərbaxça" özünün Superliqadakı son oyununda - 16-cı turda "Kayserispor"u üstələyib - 4:3. "Qalatasaray" isə "Fatih Karagümrük"ə qalib gəlib - 1:0.

Bu nəticədən sonra turnir cədvəlində "Fənərbaxça" 44 xalla liderdir, eyni xalı olan "Qalatasaray" isə 2-ci pillədədir.

Türkiyə Superliqası,

17-ci tur

20:00. "Fənərbaxça" 0-0 "Qalatasaray"

Baş hakim: Arda Kardeşler

"Ülker" stadionu.