24 dekabr 2023 16:16
273

UEFA-nın “Barselona”ya dair işə baxacağı tarix müəyyənləşib

UEFA İspaniyanın “Barselona” klubunun maliyyə qaydalarını pozmasına dair işə baxacağı tarixi müəyyənləşdirib.

“İki sahil” “Marca”ya istinadən xəbər verir ki, UEFA “Barselona” ilə bağlı işə gələn ilin fevral ayında baxacaq

“Barselona” UEFA-nın maliyyə yoxlaması aparacağı yeganə komanda deyil. Siyahıda "Milan”, "Pari Sen-Jermen” və “Mançester Siti” də var.

UEFA-nın maliyyə qaydalarına əsasən, klubların xərclərini gəlirləri kompensasiya etməlidir.

Əgər klubun maliyyə qaydalarını pozması təsdiqini taparsa, komanda növbəti il Çempionlar Liqasında iştirak hüququndan məhrum edilə bilər.