"İnter" müdafiəçisi Federiko Dimarko ilə müqaviləsini yeniləməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikola Şkira məlumat yayıb. Klub 26 yaşlı futbolçu ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq ilə bağlı razılığa gəlib.
Yeni sözləşməyə əsasən, Federikonun maaşı illik 4 milyon avro olacaq. Həmçinin o, 1 milyon avro bonus alacaq.
Xatırladaq ki, Dimarko “İnter”in yetirməsidir. O, 2014-cü ildə Milan təmsilçisinin əsas komandasında debüt edib. Bu müddətdə Federiko bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub, 20 qolun ötürməsini verib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalınaa görə, Dimarkonun transfer dəyəri 50 milyon avrodur.