24 dekabr 2023 14:14
286

"Milan" Pioli ilə bağlı qərar verdi

"Milan" rəhbərliyi komandanın baş məşqçisi Stefano Piolinin gələcəyi ilə bağlı qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Klub rəhbərləri arasında söhbət olub və bu zaman hazırkı məşqçinin vəzifəsində qalması barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 17 turdan sonra 33 xalla 3-cü pillədə qərarlaşır. Komanda lider “İnter”dən 8 xal geri qalır. İtaliya çempionatının son 5 oyununda “Milan” 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 1 dəfə də uduzub.