24 dekabr 2023 13:25
316

Salahdan Premyer Liqa rekordu

"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqa rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, o, buna 18-ci turda "Arsenal"la matçda fərqlənməklə nail olub. 31 yaşlı forvard 29-cu dəqiqədə hesabı bərabərləşdirib.

Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qoldur. Nəticədə Salah Premyer Liqa tarixində "Arsenal", "Mançester Siti" (11 qol) və "Mançester Yunayted" (12 qol) komandalarına qarşı 10 və daha çox qol vuran yeganə oyunçudur.

Bundan əvvəl Salah 150 qol vuran "Mançester Yunayted"in sabiq futbolçusu Maykl Ouenini keçərək İngiltərə Premyer Liqasının ən yaxşı 10 bombardiri siyahısına daxil olub. Salah İngiltərə çempionatında 151 qol vurub.

Qeyd edək ki, "Liverpul" - "Arsenal" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.