24 dekabr 2023 12:26
274

Ozan Can komandasını məğlubiyyətdən xilas etdi

Niderland 1-ci divizionunda 20-ci turun matçları keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" evdə "Yonq Ayaks"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Ozan Can Kökçü də bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb. Ozan Can 69-cu dəqiqədə 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, "Eyndhoven" Niderland 1-ci divizionunda 30 xalla 10-cu pillədə qərarlaşıb.