24 dekabr 2023 01:53
304

“Sevilya” “Atletiko”ya məğlub oldu

İspaniya La Liqasında 4-cü turdan təxirə salınmış bir oyun keçirilib.

“İki sahil” xəbər verir ki, “Atletiko” evdə “Sevilya” ilə qarşılaşıb.

Madrid təmsilçisi bu oyundan qalib ayrılaraq xalını 38-ə çatdırıb və “Barselona”nı qabaqlayaraq 3-cü sıraya yüksəlib. “Sevilya” isə 16 xalla 15-cidir.

İspaniya La Liqası
4-cü tur
23 dekabr

Atletiko (Madrid) – Sevilya 1:0
Qol: Lyorente, 46.