23 dekabr 2023 19:26
305

"Turan Tovuz" - "Araz-Naxçıvan" oyununda VAR olmayacaq

Əvvəlcədən nəzərdə tutulduğu kimi 24 dekabr tarixində Misli Premyer Liqasında 2 oyun keçiriləcəyi üçün sabah davam etdiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu yayım planına əsasən canlı yayımlanmayacaq və həmin oyunda VAR sistemi aktiv olmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.