22 dekabr 2023 15:43
461

Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə keçirilən Azərbaycan Kuboku oyununda yubiley qələbəsini qazanıb.

"İki sahil"in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, 1/8 final mərhələsinin MOİK-lə görüşünə təsadüf edib.

Rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyətini əldə edib. Bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

Q.Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009 mövsümündə qazanıb. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.