Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.
1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.
Azərbaycan kuboku,
1/8 final mərhələsi
21 dekabr
14:00. “Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu
18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
"Neftçi Arena"
1/4 final cütləri
"Sumqayıt" / “Neftçi” - "Qaradağ Lökbatan" cütünün qalibi
"Sabah" / "Qarabağ" - MOİK cütünün qalibi
"Araz-Naxçıvan" - "Qəbələ"
"Səbail" - “Zirə”