Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
Saat 17:00-da start götürəcək oyunda isə "Zirə" "Turan Tovuz"la üz-üzə gəcək..
Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu mərhələnin "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları isə dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, 1/8 final bir oyundan ibarətdir.
Azərbaycan kuboku,
1/8 final mərhələsi
20 dekabr
14:00. "Səbail" - "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena"
17:00. "Zirə" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu