PSJ-nin hücumçusu Kilian Mbappe ilə Paris klubunun baş məşqçisi Luis Enrike arasındakı münasibət son bir həftə ərzində əhəmiyyətli dərəcədə pisləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı futbolçu iki əsas səbəbdən mütəxəssisdən narazıdır. Mbappe PSJ-nin Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə son matçının (1:1) sonunda intensivliyi azaltmaq tələbini bəyənməyib. 24 yaşlı oyunçu Enrikenin ondan mərkəz hücumçusu kimi istifadə etməsindən razı deyil.
Xatırladaq ki, bəzi ekspertlər Mbappenin Liqa 1-də “Lill”lə oyununda (1:1) vurduğu qolu qeyd etməməsini onun məsələ ilə bağlı mövqeyinə etiraz ifadəsi kimi dəyərləndirib.