19 dekabr 2023 00:47
325

Radu Drequşen karyerasına İspaniyada davam edəcək?

"Cenoa"nın müdafiəçisi Radu Drequşen karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, məlumatı "Sport"un əməkdaşı Alfredo Martines yayıb.

Məlumata görə, 21 yaşlı rumın futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Drequşinin müqaviləsində göstərilən sərbəstqalma məbləğinin 30 milyon avro olduğunu vurğulayıb.

Xatırladaq ki, "Cenoa" ötən mövsüm icarə əsasında formasını geyinən və özünü yaxşı tərəfdən göstərən Radunu bu yay 5,5 milyon avro qarşılığında "Yuventus"dan alıb.