18 dekabr 2023 14:47
368

Avro-2024-ü buraxacaq

"Real”ın müdafiəçisi David Alaba zədələnib.

“İki sahil” xəbər verir ki, o, ötən gecə La Liqanın 17-ci turunda “Vilyarreal”la qarşılaşmada (4:1) sıradan çıxıb. 31 yaşlı müdafiəçinin sol dizinin ön çarpaz bağı yırtılıb. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

"The Athletic"in yaydığı məlumata görə, Alaba təxminən 8 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, avstriyalı oyunçu Avro-2024-ü də buraxacaq. 

Xatırladaq ki, hazırda "Real"ın heyətində Tibo Kurtua, Eduardo Kamavinqa, Eder Militao və Vinisius Junior da zədəlidir.