18 dekabr 2023 11:53
290

Fərid Qayıbov: Şahmat üçün zəngin il alınıb

"Şahmat üçün zəngin il alınıb".

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının 2023-cü ilin yekunlarına həsr edilmiş tədbirində deyib.

O, Bakıda təşkil edilmiş Dünya Kubokunun çox möhtəşəm keçdiyini bildirib: "Bu idman növü ölkəmizdə çox populardır. Qadınların nəticələri bu il daha yaxşı olub. Bu nazir üçün arzuolunan nəticələrdir. Hamımız sevinirik. Yeni ildə bundan da yaxşı nəticələr arzulayırıq. İdmançılarımızın bunu bacaracağına inanıram".