18 dekabr 2023 09:38
296

Bu gün "Qarabağ" - "Neftçi" oyunu var

Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək. Turun mərkəzi oyununda lider "Qarabağ" 5-ci pillədəki "Neftçi"ni qəbul edəcək. Əzəli rəqiblərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü saat 20:00-da başlayacaq.

Misli Premyer Liqası,

17-ci tur

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu