18 dekabr 2023 02:45
286

"Real" liderliyə yüksəldi

"Real" La Liqada 17-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Madrid klubu "Vilyarreal"ı qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Vilyarreal" - 4:1
Qollar: Bellinqem, 25 (1:0), Rodriqo, 37 (2:0), Morales, 55 (2:1), Dias, 64 (3:1), Modriç, 68 (4:1)

Bu nəticədən sonra "Real" 42 xalla (17 oyun) turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 16 oyundan 41 xalı olan "Jirona" bu turda "Alaves"ə qalib gəlsə liderliyi bərpa edəcək. "Barselona" 35 xalla 3-cüdür.