17 dekabr 2023 18:06
340

Məşhur futbolçu ABŞ klubunda

"Leyptsiq"in yarımmüdafiəçisi Emil Forsberq karyerasını ABŞ-da davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçu "Nyu York Red Bullz"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forsberqlə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emil Forsberq bu mövsüm "Leyptsiq"də 21 rəsmi matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.