Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 17-ci tur oyuna çıxıb.
“İki sahil” xəbər verir ki, komanda səfərdə Tirana "Dinamo"su ilə qarşılaşıb. Matç "Eqnatiya"nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Vüsal da bu oyunda iştirak edib. O. start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İsgəndərli 80-ci dəqiqədə fərqlənib. Bu, onun Albaniya çempionatında vurduğu 6-cı qoldur.
Qeyd edək ki, "Eqnatiya" çempionatda 17 turdan sonra 37 xalla liderdir.
"Dinamo" - "Eqnatiya" - 1:2
Qollar: B.Zaberqia, 67 - A.Zeynullai, 17, V.İsgəndərli, 80