16 dekabr 2023 22:02
475

Cüdoçumuz Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.