16 dekabr 2023 15:21
347

Arda Güler bu il debüt edə bilməyəcək

"Real"ın yarımmüdafiəçisi Arda Güler ​​2023-cü ildə komandada oynamayacaq.

“İki sahil” AS-a istinadən xəbər verir ki, Madrid klubu hesab edir ki, Türkiyə millisinin üzvünə tam sağalması üçün vaxt verilməlidir.

Güler ​​2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a  keçib. O, iyul, sentyabr və noyabr aylarında zədələndiyinə görə hələ də Madrid təmsilçisində debüt edə bilməyib.

Qeyd edək ki, "Real"ın 2023-cü ildə La Liqada daha iki oyunu var: "Villarreal" (17 dekabr) və "Alaves" (21 dekabr).