"Səbail" klubunun futbolçusu David Qomis əməliyyat oluub.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
31 yaşlı yarımmüdafiəçinin əməliyyatının uğurlu alındığı vurğulanıb.
Qeyd edək ki, fransalı oyunçu Premyer Liqanın XVI turunda "Sabah"a 0:4 hesabı ilə uduzduqları matçın ilk hissəsində zədələnib.