Klublararası dünya çempionatının ikinci turu çərçivəsində Misirin “Əl-Əhli”si ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad”ı görüşüb.
“İki sahil” xəbər verir ki, Səudiyyənin Ciddə şəhərindəki Kral Abdulla Stadionunda baş tutmuş matçda qonaqlar qalib gələrək yarım finala yüksəliblər.
21-ci dəqiqədə “Əl-Əhli”nin müdafiəçisi Əli Malul penaltidən hesabı açıb. Birinci hissənin sonunda “Əl-İttihad”ın hücumçusu fransalı Kərim Benzema penalti zərbəsini qola çevirə bilməyib. 59-cu dəqiqədə yarımmüdafiəçi Hüseyn Əl Şahat “Əl Əhli”nin ikinci qolunu vurub. 3 dəqiqə sonra Emam Aşur hesabı bərabərə darmadağın həddinə çatdırıb – 3:0. Görüşün sonunda Benzema “Əl-İttihad”ın heyətində 1 qol vurub.
Klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq. Qarşılaşma bazar ertəsi, dekabrın 18-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları qarşılaşacaq.