15 dekabr 2023 14:10
368

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib

“Qarabağ”ın “Hakken” üzərindəki qalibiyyətindən sonra Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

“İki sahil” xəbər verir ki, Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Ağdam təmsilçisi pley-offa yüksəldiyi üçün reytinqimizə daha 0,500 əmsal yazılıb. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.
Qeyd edək ki, reytinqdə İngiltərə 100,533 əmsalla birinci pillədədir.