14 dekabr 2023 21:53
483

"Qarabağ" "Hakken"lə oyunun birinci dəqiqəsində hesabı açıb

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.