13 dekabr 2023 21:12
463

İlin ən yaxşı məşqçisi kim olacaq?

FİFA 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

“İki sahil” qurumun saytına istinadla xəbər verir ki, “The Best”ə namizədlər arasında Pep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli”/İtaliya) yer alıb.

2022/23 mövsümündə “Mançester Siti” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. “İnter” İtaliya kubokunu qazanıb, Çempionlar Liqasının finalına yüksəlib. “Napoli” isə 33 ildən sonra A Seriyasında ilk dəfə ölkə çempionu adın yiyələnib.