12 dekabr 2023 12:22
321

Türkiyədə hakimi döyən klub prezidenti tutulub

Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti saxlanılıb.

"İki sahil" NTV-yə istinadən xəbər verir ki, klubun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər tutulub.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.