Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 17:00-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.
Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 13 hədəf məhv edilib.
Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir. Əməliyyat zamanı çox sayda mağaralar, sığınacaqlar və silah anbarları dağıdılıb.