11 dekabr 2023 23:32
180

Tacikistanla sərhəd məsələsi həll olunur - Sadır Japarov

“Tacikistanla sərhəd məsələsi həll olunur”.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki Kapçıqay kəndinin sakinləri ilə görüşündə deyib.

Sadır Japarov bildirib ki, bu məsələ yaza qədər başa çatacaq.

“Yeni ilə qədər danışıqları başa çatdırmaq planlaşdırılırdı, lakin iş uzandı”, - deyə Japarov bildirib.