12 dekabr 2023 00:19
259

Ceyhun Bayramov belçikalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Yüksək səviyyəli səfərlərin, iqtisadi əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam etdirilməsinin önəmi vurğulanıb.

Regionda baş verən son proseslər barədə məlumat verən nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Nazir son dövrlər Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.